Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında elektroenergetika sahəsində əməkdaşlığın əsası 14 fevral 1992-ci il tarixli “MDB-də elektroenergetika sahəsində dövlətlərarası münasibətlərin koordinasiya edilməsi haqqında Saziş”lə qoyulub. Saziş MDB-yə daxil olan 11 müstəqil dövlətin hökumət başçıları, o cümlədən Azərbaycan Respublikası tərəfindən imzalanıb. Sazişə əsasən MDB-yə üzv dövlətlərin elektroenergetika sahəsində əməkdaşlığının genişləndirilməsi və birgə fəaliyyətlərinin koordinasiya edilməsi məqsədilə Elektroenergetika Şurası yaradılıb. Təşkilatın nizamnaməsi təsdiq edilib.

Təşkilatda ölkəmizi üzv olaraq Energetika Nazirliyi və “Azərenerji” ASC təmsil edir və “Azərenerji” ASC tərəfindən üzvlük haqqı ödənilir.

13-14 mart 2014-cü il tarixində Moskva şəhərində MDB Elektroenergetika Şurasının “Ətraf mühit üzrə işçi qrupu ilə “Enerji effektivlik və bərpa olunan energetika üzrə seksiya”sının birgə iclasında Energetika Nazirliyinin nümayəndələri iştirak edib.

MDB Elektroenergetika Şurasının bugünədək 55 iclası keçirilib.

25 aprel 2014-cü il tarixində Bakı şəhərində MDB Elektroenergetika Şurasının 45-ci iclası keçirilib.

24 oktyabr 2014-cü il tarixində MDB Elektroenergetika Şurasının Rusiya Federasiyasının Soçi şəhərində keçirilən 46-cı iclasında energetika naziri Natiq Əliyev iştirak edib.

09-12 iyun 2016-cı il MDB Elektroenergetika Şurasının Tacikistanın Düşənbə şəhərində keçirilən 49-cu iclasında Energetika Nazirliyinin nümayəndəsinin iştirakı təmin edilib.

20-23 oktyabr 2016-cı il tarixində Rusiya Federasiyasının Ufa şəhərində Rusiya Energetika Forumu çərçivəsində keçirilən MDB Elektroenergetika Şurasının 50-ci yubiley iclasına Energetika Nazirliyinin nümayəndəsi də qatılıb.

04 noyabr 2017-ci il tarixində MDB Elektroenergetika Şurasının Özbəkistanın Daşkənd şəhərində keçirilən 51-ci iclasında Energetika Nazirliyi təmsil olunub.

25 oktyabr 2019-cu il tarixində Moskvada keçirilən 55-ci iclasda ölkəmiz Energetika nazirinin müavini Elnur Soltanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.