UNEP 1972-ci ilin iyununda "Birləşmiş Millətlərin İnsan Mühiti” konfransından sonra yaradılıb. Üzv dövlətlərin ətraf mühitlə bağlı fəaliyyətini koordinasiya edir, inkişaf etmiş ölkələrin ətraf mühit siyasətlərinin və təcrübələrinin implementasiyasını həyata keçirir. Baş qərargahı Keniyanın paytaxtı Nairobi şəhərindədir, həmçinin 6 müxtəlif regional və ayrı-ayrı ölkələrdə ofisləri mövcuddur.