Komissiyalar

 

Son və Növbəti iclaslar

 

Həmsədrlər

1.  Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiya

31 yanvar 2020-ci ildə Kiyev şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.

Müzakirələrdən sonra Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair Protokol və bir sıra sənədlər imzalanıb.

Pərviz Şahbazov - Azərbaycanın Energetika naziri

Vladislav Krikli - Ukraynanın İnfrastruktur naziri

2.

Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya

2019-cu il mayın 22-də Londonda Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib və iclasın yekunlarına dair Protokol imzalanıb.

Komissiyanın 4-cü iclasının 2020-ci ildə Bakıda keçirilməsi razılaşdırılıb.

Pərviz Şahbazov - Azərbaycan Respublikasının Energetika naziri 

Corc Hollinqberi - Böyük Britaniyanın Ticarət Siyasəti üzrə dövlət naziri 

 

3.

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında
ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası
Komissiya

2019-cu il oktyabrın 9-da Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib və iclasın yekunlarına dair Protokol imzalanıb.

Komissiyanın 17-ci iclasının 2020-ci ildə Nur-Sultanda keçirilməsi razılaşdırılıb.

Pərviz Şahbazov - Azərbaycanın Energetika naziri

Kanat Bozumbayev - Qazaxıstanın Energetika naziri

31 oktyabr 2018-ci il  tarixində Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib və iclasın yekunlarına dair Protokol imzalanıb.

Pərviz Şahbazov - Azərbaycanın energetika naziri

Kanat Bozumbayev - Qazaxıstanın energetika naziri 

Birgə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti üzrə və Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın (LNG) Xəzər dənizi vasitəsi ilə Azərbaycana çatdırılması və nəqli üzrə İşçi Qrupların 2018-ci il 18 sentyabrda ilk iclası keçirilib və protokol imzalanıb.

 

Energetika nazirinin müavini Samir Vəliyev

Qazaxıstanın energetika nazirinin müavini Bolat Akçulakov

Komissiyanın 14-cü iclasının
Protokolu 07 dekabr 2017-cı il
tarixində Bakı şəhərində imzalanıb.

Pərviz Şahbazov-Azərbaycan Respublikasının energetika naziri

 

Kanat Bozumbayev-Qazaxıstan Respublikasının energetika naziri

 

Komissiyanın 13-cü iclasının
Protokolu 21-22 sentyabr
2016-cı il tarixlərində Astana
şəhərində imzalanıb.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Kanat Bozumbayev-Qazaxıstan Respublikasının energetika naziri

 

Komissiyanın 12-ci iclası
04 dekabr 2015-cı il tarixində
Bakı şəhərində keçirilib.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Vladimir Şkolnik-Qazaxıstan Respublikasının energetika naziri

 

Komissiyanın 11-ci iclası
25 noyabr 2014-cü il
tarixində Astana şəhərində
keçirilib.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Vladimir Şkolnik-Qazaxıstan Respublikasının energetika naziri

 

Komissiyanın 10-cu iclası
10 dekabr 2013-cü il tarixində
Bakı şəhərində keçirilib.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Maqzum Mirzaqaliyev-Qazaxıstan Respublikasının neft və qaz nazirinin müavini

 

Komissiyanın 9-cu iclası
26 sentyabr 2012-ci il tarixində
Astana şəhərində keçirilib.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Suat Minbayev-Qazaxıstan Respublikasının neft və qaz naziri

 

Komissiyanın 8-ci iclası
29 sentyabr 2011-ci il tarixində
Bakı şəhərində keçirilib.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Suat Minbayev-Qazaxıstan Respublikasının neft və qaz naziri

 

Komissiyanın 7-ci iclası
04 noyabr 2010-cu il tarixində
Astana şəhərində keçirilib.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Suat Minbayev-Qazaxıstan Respublikasının neft və qaz naziri

 

Komissiyanın 6-cı iclası
01 oktyabr 2009-cu il tarixində
Bakı şəhərində keçirilib.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Suat Minbayev-Qazaxıstan Respublikasının neft və qaz naziri

 

4.

 

 

 

Azərbaycan Respublikası Hökuməti və Vyetnam
Sosialist Respublikası Hökuməti arasında İqtisadi,
Ticarət, Elmi və Texniki Əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiya

 

 

 

Komissiyanın 1-ci iclasının
Protokolu 16 yanvar 2017-ci il
tarixində Hanoy şəhərində imzalanmışdır.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Tran Tuan Anh-Vyetnam Sosialist Respublikasının sənaye və ticarət naziri

 

Komissiyanın 2-ci iclasının Protokolu 20 iyun 2018-ci il tarixində Bakı şəhərində imzalanıb

 

Pərviz Şahbazov - Azərbaycan Respublikasının energetika naziri

 

Tran Tuan Anh-Vyetnam Sosialist Respublikasının sənaye və ticarət naziri

 

5.

 

Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası
Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiya

 

Komissiyanın 7-ci iclasının
Protokolu 20 dekabr 2016-cı il
tarixində Varşava şəhərində imzalanmışdır.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Matenş Moravietski-Polşa Respublikasının Baş nazirin müavini, inkişaf və maliyyə Naziri

 

Komissiyanın 6-cı iclası
15 dekabr 2014-cü il tarixində
Bakı şəhərində keçirilib

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Yanuş Pexoçinski – Polşa Respublikasının Nazirlər Şurası sədrinin müavini, iqtisadiyyat naziri

 

Komissiyanın 5-ci iclası
26 noyabr 2012-ci il tarixində
Varşava şəhərində keçirilib.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Tomaş Tomcikeviç- Polşa Respublikasının iqtisadiyyat nazirinin birinci müavini

 

Komissiyanın 4-cü iclası
24 noyabr 2010-cu ildə Bakı
şəhərində keçirilib.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Valdemar Pavlyak- Polşa Respublikası Baş nazirin müavini, iqtisadiyyat naziri

 

Komissiyanın 3-cü iclası
13-14 may 2009-cu ildə
Varşava şəhərində keçirilib.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Valdemar Pavlyak- Polşa Respublikası Baş nazirin müavini, iqtisadiyyat naziri

 

6.

 

Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası
Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiya

14 yanvar 2020-ci ildə Roma şəhərində Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.

Hökumətlərarası Komissiyasının 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

Pərviz Şahbazov - Azərbaycanın Energetika naziri

 

Manlio Di Stefano - İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi

 

Komissiyanın 4-cü iclasının
Protokolu 13 iyun 2016-cı il
tarixində Roma şəhərində imzalanmışdır.

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Benedetto Della Vedova-İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət Katibi

Komissiyanın 3-cü iclası
16 dekabr 2013-cü il tarixində
Bakı şəhərində keçirilib.

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Marta Dassu-İtaliya Respublikasının xarici işlər nazirinin müavini

 

Komissiyanın 2-ci iclası
06 iyul 2011-ci il tarixində
Roma şəhərində keçirilib.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Alfredo Mantika-İtaliya Respublikasının xarici işlər nazirinin müavini

 

7.

 

Azərbaycan Respublikası Hökuməti və Yunanıstan
Respublikası Hökuməti arasında İqtisadi, Sənaye
və Texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə
Komissiya

 

Komissiyanın 4-cü iclasının
Protokolu 27 may 2016-cı il
tarixində Afina şəhərində imzalanmışdır.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının Energetika Naziri

 

Dmitrios Mardas-Yunanıstan Respublikasının Xarici İşlər nazirinin müavini

 

Komissiyanın 3-cü iclası
02 fevral 2011-ci il tarixində
Bakı şəhərində keçirilib.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Spiros Kuvelis-Yunanıstan Respublikasının xarici işlər nazirinin müavini

 

8.

 

Azərbaycan-Albaniya iqtisadi, sənayə və texnoloji əməkdaşlıq
üzrə İşçi Qrupu

 

İşçi Qrupun iclası keçirilməyib.

 

Natiq Əliyev-Azərbaycan Respublikasının energetika naziri

 

Damian Jiknuri-Albaniyanın enerji və sənaye naziri