Enerji səmərəliliyinə dair

Enerji səmərəliliyi enerjinin istehsalından istehlakına qədər bütün mərhələ və proseslərdə təmin edilməlidir. Qanunvericilik bazasının, proqram və hədəflərin, standart və normaların mövcudluğu, maarifləndirmə və məlumatlandırma, enerji səmərəliliyi alətlərinin tətbiqi, texnoloji yeniliklərə əlçatanlıq, müasir idarəetmə prinsiplərinin tətbiqi, təşviqedici mexanizmlər enerji səmərəliliyinin təmin edilməsi üçün əsas amillərdən hesab edilir.

Enerji resurslarından səmərəli istifadə

Müasir dövrdə enerji ehtiyatlarının azalması, qiymətlərin dəyişkən olması, dünya ölkələrinin siyasi, iqtisadi və enerji mənbələri uğrunda maraqlarının toqquşması hər bir ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün güclü bir strategiya müəyyənləşdirməsini zəruri edir. Ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə etibarlı təminatı, yancağın və enerji növlərinin şaxələndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadə ilə yanaşı e

Azərbaycan Respublikasının enerji səmərəliliyi siyasəti

Ölkəmizin enerji səmərəliliyi siyasəti 1996-cı ildə "Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilməsi ilə həyata keçirilməyə başlanılıb. Qanunda "enerji resurslarından səmərəli istifadə — texnika və texnologiyanın inkişafının müasir mərhələsində ətraf mühitə texnogen təsirin azalması şərtilə enerji resurslarından iqtisadi cəhətdən daha çox fayda ilə istifadə edilməsi” şəklində müəyyənləşdirilib.

Enerji səmərəliliyinin hüquqi tənzimlənməsi

"Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu; "Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı;