Gerb

ABUNƏÇİLİK
Yeniliklərə abunə olun
Mətnin ölçüsü Plus Minus

XXI əsrin başlanğıcında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamları Energetikanın müasir inkişaf mərhələsində yeni eranın başlanğıcını qoydu.
MDB məkanında ilk dəfə olaraq gücü 400 MVt olan müasir qaz-turbin tipli “Şimal” ES-in istifadəyə verilməsi və respublikanın müxtəlif bölgələrində ümumi gücü 850 MVt olan yeddi (7) Modul tipli Elektrik Stansiyasının tikilməsi, sistem əhəmiyyətli elektrik veriliş xətlərinin və yarımstansiyaların quraşdırılması Energetika sahəsində yeni yüksəlişin başlanğıcını qoymaqla, sənaye mərkəzinin enerji təchizatında hökm sürən disproporsiyanı hiss ediləcək qədər aradan qaldırdı.

2000-2012-ci illər üzrə Azərbaycanın enerji sisteminin qoyuluş gücünün (MVt) dinamikası

Məhz elektrik enerjisinin istehsal güclərinin belə sürətli artım dinamikası 2006-cı ildə respublikada son on beş il ərzində elektrik enerjisi istehsalının ən yüksək səviyyəsini –23,8 mlrd kVt.saatı təmin etdi.

2008-ci ildə Sənaye mərkəzində gücü 525 MVt olan “Sumqayıt” buxar-qaz tipli müasir Elektrik Stansiyasının istifadəyə verilməsi ilə yanaşı, eyni tipli gücü 780 MVt olan “Cənub” ES-in quraşdırılma işlərinin də 2012-ci ildə tamamlanması nəzərdə tutulmuşdur. Beləliklə, son beş il ərzində Azərbaycan Energetika Sisteminin generasiya gücü 30%-ə yaxın yeniləşmişdir.

1994 - 2011-ci illər üzrə enerji sistemdə yanacağın xüsusi sərfiyyatı


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində özünün elektroenergetika təhlükəsizliyini təmin etmiş ölkəmiz artıq 2007-ci ildən başlayaraq qonşu dövlətlərə elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir. Beləliklə, dünya energetika bazarında Azərbaycanın getdikcə artan rolu onun geosiyasi təsirini də artırmaqdadır.

Azərbaycan ilin noyabr ayında “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalamaqla, bu sahənin beynəlxalq standartlara uyğunlaşdırılmasına start vermişdir. Memorandumdan irəli gələn və Energetika sahəsində aparılacaq islahatlarla əlaqədar qanunvericilik bazasının Avropa Parlamentinin Direktivinə və Əsasnaməsinə uyğunlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi Energetika Nazirliyinin fəaliyyətinin istiqamətlərindəndir. münasibətlərinin və müvafiq sərbəst tənzimləyici orqanın yaradılmasını nəzərdə tutur. Bununla əlaqədar “Elektroenergetika haqqında” Qanun, “Qaz təchizatı haqqında” Qanun və “Elektrik Şəbəkəsi Məcəlləsi”, “Qaz Şəbəkəsi Məcəlləsi” layihələri hazırlanmışdır. Respublikasının
Avropa ölkələrində elektroenergetika sahəsində 1990-cı ildən həyata islahatlar elektrik enerjisinin inhisarsızlaşdırılması və enerji bazarında rəqabət şəraitinin yaradılmasını təmin etmiş, nəticədə elektrik enerjisi qiymətlərinin və itkilərin azaldılmasına və xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaranmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hal-hazırda elektroenergetika sahəsində sahibkarlar üçün yaratdığı əlverişli şərait dövlət və özəl elektrik stansiyalarının birgə və sərbəst fəaliyyətinə imkan verir.
Hal-hazırda “Muğan”, “Şəki” SES-ləri və “Azərsun” İES müstəqil fəaliyyət göstərir. Alternativ enerji mənbələrindən istifadə üzrə yeni yaradılan müstəqil generasiya mənbələri də nəzərə alınarsa mövcud şərait energetika sahəsində sərbəst rəqabət mühitinin formalaşması və son nəticədə elektrik enerjisinin istehsalında xərclərin azaldılması və xidmət keyfiyyətinin yüksəldilməsi üçün islahatların aparılması üzrə yeni qanunların tədbiqini zəruri edəcəkdir.

 


Printer