Gerb

Mətnin ölçüsü Plus Minus

Nazirliyin vəzifələri

- müvafiq sahənin perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirmək, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
- Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanmasında həyata keçirilməsində iştirak etmək;
- ayrı-ayrı enerjidaşıyıcılarının istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlamaq, onları aidiyyəti icra hakimiyyəti orqanlarına təqdim etmək və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak etmək;
- Azərbaycan Respublikasının yanacaq-enerji balansını tərtib etmək və aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə onun yerinə yetirilməsi üçün tədbirlər görmək;
- "Energetika haqqında", "Elektroenergetika haqqında", "Enerji resurslarından istifadə haqqında", "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" və "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda və qaydada nəzarəti həyata keçirmək;
- "Energetika haqqında"Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada energetika sahəsində dövlətin müstəsna hüquqlarının qeydiyyatını həyata keçirmək;
- neft və qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya), "Energetika haqqında", "Elektrik və istilik stansiyaları haqqında", "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 12 sentyabr 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"nda müəyyən edilmiş hallarda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda ixrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) xüsusi icazə, "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda şəhadətnamə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda isə istismar olunan ixrac neft boru kəmərlərinin mühafizə zonasında işlərin aparılmasına icazə verir, habelə "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hidrotexniki qurğuların təhlükəsizliyi bəyannaməsini təsdiq etmək;
- enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına müəyyən zərərli təsir təhlükəsi yarandıqda, bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün tədbirlər görmək;
- "Energetika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işlənmə və hasilat üzrə müqavilələrdəki iş proqramlarının razılaşdırılmasında iştirak etmək;
- "Enerji resurslarında istifadə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət energetika ekspertizasını həyata keçirmək;
- müvafiq sahədə yerin təkinin geoloji öyrənilməsi və mineral-xammal bazasının inkişafı sahəsində dövlət proqramlarının hazırlanmasını təşkil etmək və həyata keçirmək;
- aidiyyəti icra hakimiyyəti orqanları və müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri ilə birlikdə əhalinin və iqtisadiyyatın enerjidaşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün tədbirlər görmək;
- dövlət müəssisələri üzrə enerjidaşıyıcılarınistehlak limitlərinin müəyyən olunmasında iştirak etmək;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində Nazirliyə həvalə olunan hallarda və qaydada dövlətin maraqlarını təmsil etmək;
-müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün yanacaq-enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarını təsdiq etmək və icrasına nəzarəti həyata keçirmək;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsinə dair komissiyaların işində iştirak etmək;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinə ayrılan büdcə vəsaiti, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək, həmin dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə alınmış kreditlərin vaxtında qaytarılmasının təmin edilməsində iştirak etmək;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin hər il üzrə gəlir və xərclər smetalarını razılaşdırmaq və onların icrasına nəzarəti həyata keçirmək;
- enerji resurslarında səmərəli istifadə sahəsində iqtisadi, texniki və təşkilati tələbləri müəyyən etmək (Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla), aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə enerji resurslarından səmərəli istifadə mexanizmlərinin hazırlanmasını və həyata keçirilməsini təmin etmək, həmçinin enerji resurslarından istifadənin səmərəliliyinin artırılması işlərinin əlaqələndirilməsini həyata keçirmək;
- enerjiyə qənaətə görə müvafiq iqtisadi-maliyyə həvəsləndirilməsi mexanizminin yaradılmasında və tətbiqində iştirak etmək;
- enerjiyə qənaət edən proqramların enerjidən səmərəli istifadə fondundan maliyyələşdirilməsi istiqamətlərini müəyyən etmək;
- aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq sahədə ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində tədbirlər hazırlamaq;
- "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə sahəsində tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak etmək;
- müvafiq sahənin təkmilləşdirilməsinə dair aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlər hazırlamaq və həyata keçirmək;
- müvafiq sahənin rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlər hazırlamaq və həyata keçirmək;
- aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasınıntənzimlənməsində iştirak etmək;
- müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;
- enerjidən istifadə sahəsində texniki normativ hüquqi aktlarının hazırlanmasında iştirak etmək;
- digər icra hakimiyyəti orqanlarının müvafiq sahədəki fəaliyyətini, habelə müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətini əlaqələndirmək;
- müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak etmək, Nazirliyin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək və bu sahədə görülən işləri əlaqələndirmək;
- Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən karbohidrogen ehtiyatlarının hasiların pay bölgüsü və ya digər şərtlərə uyğun işlənməsi barədə sazişlərin layihələrini hazırlamaq, bu sazişlər üzrə danışıqlar aparmaq, onları müəyyən olunmuş qaydada imzalamaq, bağlanmış sazişlərin həyata keçirilməsinə nəzarət etmək ;
- Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinin müvafiq sahəyə aid məsələləri üzrə inkişaf konsepsiyasının formalaşdırılmasında iştirak etmək;
- müvafiq sahəyə aid məsələlərlə bağlı beynəlxalq iqtisadi və enerji təşkilatlarının işində, investisiyalar cəlb edilməsi, sahəsində beynəlxalq və milli maliyyə-kredit təşkilatları ilə qarşılıqlı əlaqələrdə iştira etmək;
- müvafiq sahəyə investisiyalar cəlb edilməsi üçün əlverişli mühit yaradılması məqsədi ilə müvafiq tədbirlərin hazırlanmasını və həyata keçirilməsini Energetika Nazirliyinin Əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etmək;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin inkişafını təmin etmək məqsədi ilə investisiya layihələri hazırlamaq;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi konkret sahələr üzrə elektron xidmətlər göstərmək;
- dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada iştirak etmək;
- fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin etmək;
- qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
- müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
- Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
- Nazirliyin fəaliyyəti ilə bağlı fiziki və hüquqi şəxslərdən daxil olan müraciətlərə və sorğulara baxır, fiziki şəxslərin qəbulunu təmin edir, daxil olmuş müraciətlərə və sorğulara vaxtında, o cümlədən yaradılmış rəsmi internet saytı vasitəsilə cavab vermək;
- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.


Nazirliyin hüquqları

- müvafiq sahənin və onun ayrı-ayrı hissələrinin inkişaf dinamikasını təhlil etmək;
- müvafiq sahədə əlverişli investisiya mühitinin yaradılmasına dair təkliflər vermək;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin iqtisadi-maliyyə vəziyyətini təhlil etmək və onların fəaliyyətinin iqtisadi tənzimlənmə mexanizminin təkmilləşdirilməsinə, səmərəliliyinin yüksəldilməsinə dair təkliflər vermək;
- müvafiq sahə üzrə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
- müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
- müvafiq sahəyə aid olan dövlət mülkiyyətindəki əsas vəsaitlərin balansdan-balansa verilməsinə və balansdan silinməsinə rəy vrmək;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı məhdudiyyətlər barədə təkliflər vermək;
- enerji resurslarından səmərəli istifadə sahəsində görülən işlər barədə müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrindən hesabatlar almaq;
- fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;
- müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
- müvafiq sahədə işçilərin peşə hazırlığınının artırılması üçün xüsusi seminarlar təşkil etmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər tədbirlərdə iştirakını təmin etmək;
- müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları)ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
- müvafiq sahə üzrə beynəlxalq konfrans, seminar, sərgi və digər tədbirlərdə iştirak etmək, həmin sahə üzrə yerli və beynəlxalq tədbirlərin təşkilini təmin etmək;
- müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
- bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait dairəsində xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
- müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;
- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.


Printer