Gerb

Mətnin ölçüsü Plus Minus

Cavadov Gülməmməd Süleyman oğlu

1949-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının informasiya və ölçü cihazları fakultəsini bitirib. 1972-1992-ci illərdə Elektrik Hesablama Maşınları Zavodunda mühəndis-texnoloq vəzifəsindən direktor vəzifəsinədək yüksəlmişdir. 1993-1999- cu illərdə Peyk zavodunun direktor müavini, direktoru vəzifələrində çalışmışdır. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Dövlət Material Ehtiyatları Komitəsinin sədri olub.
2006-cı ildən Azərbaycan Respublikası Energetika nazirinin müavini vəzifəsində çalışır.
Ailəlidir, bir övladı var.

Telefon: (012) 4938821
E-Poçt: gulmammad.cavadov@minenergy.gov.az
 



Abbasov Natiq Balaş oğlu

1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat-Mühəndislər İnstitutunun İnşaat mühəndisi ixtisasını bitirib. Yasamal rayon Qaz İstismar İdarəsində, “Azəriqaz” QSC-nin Dövlət Qaz Nəzarət İdarəsində, Nəsimi rayon Qaz İstismar İdarəsində, Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsində rəis müavini vəzifələrində çalışmışdır.
2009-cu ildən Azərbaycan Respublikası Energetika nazirinin müavini vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.

Telefon: (012) 4930942
E-Poçt: natiq.abbasov@minenergy.gov.az
 


Printer