Gerb

Mətnin ölçüsü Plus Minus

Belarus, Rusiya və Qazaxıstanın ümumi neft-qaz bazarı 1 yanvar 2015-ci ilə qədər formalaşdırıla bilər. “APA-Economics”in “BELTA”ya istinadən xəbərinə görə, bunu Avrasiya İqtisadi Komissiyasının energetika və infrastruktur naziri Danial Axmetov bildirib. Onun sözlərinə görə, neft-qaz sahəsi Gömrük İttifaqının və Vahid İqtisadi Məkanın hər üç üzv ölkəsi üçün qlobal maraqlar sisteminə daxildir: “Bu sahədəki imkanlar dünya iqtisadiyyatında bizim böyük rəqabət üstünlüyümüzdür”.


Mənbəə: APA


Printer