Gerb

13.04.2017 Mətnin ölçüsü Plus Minus

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev Energetika Nazirliyində olub. Energetika naziri Natiq Əliyevlə keçən görüşdə təşkilatın gündəliyində olan, o cümlədən 27 mart 2017-ci il tarixində Kiyevdə keçirilmiş GUAM üzvü olan dövlətlərin hökumət başçılarının görüşündən irəli gələn və enerji sahəsində işçi qrupunun iclası ilə bağlı məsələlər müzakirə edilib. GUAM çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın inkişafı üçün hazırda əlverişli şəraitin yarandığını vurğulayan Altay Əfəndiyev inkişaf etmiş nəqliyyat sistemi, nəqliyyyat dəhlizi kimi bir çox üstünlüklərə malik Azərbaycanın bu imkanlardan yararlanmasının vacibliyini bildirib. O, enerji sahəsində iktərəfli Ukrayna-Azərbaycan, Gürcüstan – Azərbaycan əməkdaşlığının təşkilat formatında daha da genişləndirilməsini, bu istiqamətdə görüşlərin keçirilməsini təklif edib. Energetika naziri Natiq Əliyev isə bildirib ki, GUAM çərçivəsində enerji əməkdaşlığı təşkilat üzvlərinin ümumi marağında olan hər hansı bir layihə əsasında səmərə verə bilər. Bu məqsədlə qurum bu ölkələrin hər birinin cəlb oluna biləcəyi layihələrlə bağlı təklifləri dəqiqləşdirməli və müzakirə formatını müəyyənləşdirməlidir. Yalnız bundan sonra sentyabr-oktyabr aylarında təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığını konkret istiqamətdə inkişaf etdirmək üçün xüsusi iclas keçirilə bilər. GUAM-ın baş katibi Altay Əfəndiyev məsələ ilə bağlı təşkilatın digər üzvləri ilə qısa müddətdə müzakirələrə başlanılacağını bildirib.


Facebook-da paylaş Printer