Gerb

03.04.2017 Mətnin ölçüsü Plus Minus

05-06 aprel 2017-ci il tarixində Türkiyənin İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XX Avrasiya İqtisadi Sammiti keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə energetika naziri Natiq Əliyev də iştirak edəcək. Natiq Əliyevin “Davamlı Enerji, Telekommunikasiya, Nəqliyyat və İqtisadi İnkişafda tələb - təklifin tarazlıq statusu: əsas oyunçu və fiqurlar” adlı sessiyada çıxışı nəzərdə tutulub. Xatırladaq ki, energetika naziri 2015-ci ildə XVIII Avrasiya İqtisadi Sammiti çərçivəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin "Şərəf" medalı ilə təltif edilib.


Facebook-da paylaş Printer