Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi Azərbaycan Respublikasının Energetika Nazirliyinin dövlət enerji nəzarətini həyata keçirən qurumudur və əsas vəzifəsi elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında, elektrik və istilik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində enerji resurslarından səmərəli istifadə olunmasında təhlükəsiz və dayanıqlı istismarın təmin edilməsində, Azərbaycan Respublikası qanunlarının, elektrik və istilik enerjisindən istifadə, elektrik qurğularının quraşdırılması, texniki istismar və təhlükəsizlik texnikası qaydalarının və müvafiq sahədə digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət etməkdir.

Dövlət Enerji Nəzarəti İdarəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Azərbaycan Respublikası Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin əmr, sərəncam və qərarlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

Azərbaycan Respublikası Energetika Nazirliyinin 13 iyun 2014-cü il tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinin Əsasnaməsi"