Məmmədov Həsən Pərviz oğlu

1980-ci ildə Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasında Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsi üzrə bakalavr və magistr, Azərbaycan Memarlıq və İnşaat Universitetində aspirantura təhsili alıb. 2002-2004-cü illərdə "Azərenerji" ASC, "Azərenerjixüsusitəmirsazlanma müəssisəsi" MMC-də mühəndis, usta, 2004-2007-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamenti MMC-də mütəxəssis, aparıcı mütəxəssis və mühəndis, 2007-2016-cı illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-də mütəxəssis, mühəndis vəzifələrində çalışıb.

2016-cı ildən Azərbaycan Respublikası Energtika Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

Telefon: (+99412) 598-16-58

E-poçt: hasan.mammadov@minenergy.gov.az