Hüseynov İftixar Hüseyn oğlu

31.08.1957-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. Bakı şəhəri Yasamal rayonu 158 saylı orta məktəbi bitirmişdir. M. Əzizbəyov adına Neft və Kimya İnstitutunda Mühəndis-elektrik ixtisası üzrə təhsil almışdır.

Bir çox vəzifələrdə çalışmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Enerji Nəzarəti və Satışı müəssisəsinin direktoru, Gəncəelektrikşəbəkə ATSC-idarə heyətinin sədri, 2003-2006-cı illərdə Yanacaq və energetika Nazirliyi "Dövlət Enerjinəzarət İdarəsi"-baş mütəxəssis, 2006-cı ildən Sənaye və Energetika Nazirliyi, Lisenziya və enerji daşıyıcılarına nəzarət şöbəsi-Enerji nəzarət sektorunda böyük məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini, Kadrlar və sosial siyasət şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 16 iyul 2013-cü il tarixində Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin edilmişdir.

18 aprel 2014-cü ildən Energetika Nazirliyinin Aparatının rəhbəridir.

Dövlət qulluğunun baş müşaviridir.
Dövlət qulluğunda uzun müddət səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə və Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının "Əməkdar Mühəndis"i fəxri adı və MDB-nin "Əməkdar energetik"i fəxri adı ilə təltif edilmişdir. Eyni zamanda 17 mart 2016-cı il tarixində Avropa İttifaqının (Aİ) İNOGATE proqramının Azərbaycan üzrə əlaqələndiricisi kimi fəaliyyətinə görə “Xidmət Mükafatı”na layiq görülüb.
Ailəlidir 2 övladı var.

Telefon: (+99412) 498-98-04

E-Poct: iftixar.huseynov@minenergy.gov.az