Zaur Ələkbər oğlu Məmmədov 

 

1974-cü ildə Bakı şəhərində anadan olub.

1997-ci ildə Azərbaycan Texnologiya Universitetini mühəndis-mexanik ixtisası üzrə bitirib.

2004-2006-cı illərdə Norveçdə Enerji Effektivliyi üzrə ixtisasartırma proqramını bitirib.

1993-2008-ci illərdə ticarət və ictimai iaşə, eləcə də telekommunikasiya və  istehsal  sahələrində fəaliyyət təcrübəsi əldə edib.

2009-2010-cu illərdə “Azəreneri” ASC-də  ekologiya idarəsinin rəisi işləyib.


2010-2012-ci illərdə “Azenco” ASC-nin İdarə Heyətinin sədr müavini - idarə rəisi kimi fəaliyyət  göstərib.

2012-2017-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini  vəzifəsində çalışıb.

2017-2018-ci illərdə Azərbaycan Respublikası Energetika Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb.

2018-ci ildən Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının rəhbəridir. 

Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.

Ailəlidir,  2 övladı var.

 

Telefon: (+99412) 598-16-53/54

E-poçt: zaur.mammadov@minenergy.gov.az