Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"nin 2.2-ci, 2.3-cü və2.4-cü bəndlərini rəhbər tutaraq, "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə vətəndaş cəmiyyəti institutlarının təqdim etdiyi təklifləri nəzərə alaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədi ilə Seçki Komissiyası yaradılıb.

"Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə Seçki Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Energetika Nazirliyinin 27 sentyabr 2016-cı il tarixli 32 nömrəli Əmri

Azərbaycan Respublikasının Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib.

Azərbaycan Respublikasının  Energetika Nazirliyi yanında  İctimai Şuraya seçkilərin keçirilmə vaxtı müəyyənləşib.