Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması təşəbbüsü Avropa Komissiyası tərəfindən dayanıqlı enerji siyasətinin hazırlanması və həyata keçirilməsində yerli özünüidarəetmə orqanları tərəfindən göstərilən səylərin dəstəklənməsi məqsədi ilə irəli sürülüb.

Merlər Razılaşmasının əsas hədəfləri enerji səmərəliliyi tədbirlərini həyata keçirmək, bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməklə istilik effekti yaradan qaz emissiyalarını azaltmaq, iqlim dəyişikliklərinə uyğunlaşmada dözümlülüyü artırmaq, bələdiyyələr, yerli və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığı gücləndirmək, eləcə də təhlükəsiz, dayanıqlı və etibarlı enerjiyə əlçatanlığı təmin etməkdir.

2018-ci ilin 24 sentyabr tarixində Avropa Komissiyası Energetika Nazirliyini Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşmasının Azərbaycan üzrə Milli Əlaqələndiricisi kimi qeydiyyata alıb və “Merlər Razılaşmasının Milli Əlaqələndiricinin Bəyannaməsi” ilə müəyyənləşdirilmiş səlahiyyətlərinin icrasına icazə verib.

Energetika Nazirliyinin 08 noyabr 2018-ci il tarixli 86 nömrəli əmri ilə Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cu il üzrə İş Planı təsdiq edilib.

Hazırda Azərbaycandan Merlər Razılaşmasına Mingəçevir bələdiyyəsi və “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi qoşulub.

14.11.2018Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cü il üzrə İş Planı təsdiq edilib

08.11.2018 -  "Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cü il üzrə İş Planı"nın təsdiq edilməsi barədə Əmr