Zəruri olan sənədlərin siyahısı

  • Ərizə;
  • VÖEN (olduğu halda) və şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu halda);
  • Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub, nümayəndənin şəxsiyyət vəsiqəsi və VÖEN (hüquqi şəxs olduğu halda);
  • Mülkiyyəti təsdiq edən sənəd (Qeydiyyat vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış (texniki pasport və ya plan sxem ilə birlikdə), müvafiq icra hakimiyyəti orqanının sərəncam (Ayrıc aktı ilə), bələdiyyə qərarı (plan-sxem ilə birlikdə), order (plan-sxem ilə birlikdə), alqı-satqı və ya icarə müqaviləsi (mülkiyyət hüququna dair sənədin surəti ilə), istifadə hüququna dair sənəd (şəhadətnamə, dövlət aktı, çıxarış), mülkiyyət hüququnun tanınması haqqında məhkəmə qərarı); 
  • Tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri (elektrik qurğularının aktiv və reaktiv gücü, etibarlılıq üzrə kateqoriyası) barədə sənəd;
  • Tikinti ərazisinin vəziyyət planı;
  • Obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənəd (yük hesabatı);
  • İxtisaslaşdırılmış müəssisələr tərəfindən tərtib edilən ərazinin geoloji mühəndis hesabatı (MTK olduğu halda);
  • Obyektin tikintisinə dair layihənin surəti

 

Xidmət haqqı

Ödənişin məbləği sifariş əsasında müəyyən edilir.

 

Müddət

Xidmət növü

Tələb olunan gücü 150 kVt-dan yuxarı

Texniki şərtin və layihə-smeta sənədinin hazırlanması 7 gün
Enerji təchizatı şəbəkəsinə qoşulma 10 gün (ETM tərəfindən icra olunduğu halda)

 

Xidmət növü Tələb olunan gücü 150 kVt-a qədər 
(150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən)
Qeyri əhali abonentləri üçün 12 gün və ya 24 gün müddətində enerjitəchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nə uyğun olaraq aparılır.

 

Müraciət

Xidmətdən istifadə etmək üçün qeyd olunan keçiddən istifadə etmək, müraciət formasını doldurmaq və müvafiq sənədləri əlavə etmək kifayətdir.