Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2014-cü il tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Energetika Nazirliyinin Əsasnaməsi"nin 5.8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin təklifi nəzərə alınaraq kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib.

"Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 oktyabr 2014-cü il tarixli Qərarı

"Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının reqlamenti"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Energetika Nazirliyinin 20 noyabr 2014-cü il tarixli 37 nömrəli Əmri