CƏNUB  QAZ  DƏHLİZİ

     “Cənub Qaz Dəhlizi” layihəsi Xəzərdən Avropaya təbii qazın nəql edilməsi üçün nəzərdə tutulan nəhəng  qaz boru kəməri layihəsidir. “Şahdəniz-2" layihəsi üzrə hasil edilən qazın sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur.

Layihə 4 hissədən  ibarətdir:

1.Şahdəniz Mərhələ-II

2. Cənubi Qafqaz Boru Kəməri (CQBK)

3.Trans-Anadolu Boru Kəməri (TANAP)

4. Trans-Adriatik Boru Kəməri (TAP) 

     Boru xəttinin uzunluğu 3500 km-dir. TANAP - 1850 km, TAP - 878 km, CQBK - 691 km.

   Cənub Qaz Dəhlizi  müxtəlif maraqlı tərəfləri – o cümlədən 7 hökuməti və 11 şirkəti özündə birləşdirən  mürəkkəb bir layihədir. İlkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. “Cənub Qaz Dəhlizi”nin nəqletmə gücü gələcəkdə  ildə 31 milyard kubmetrə qədər artırılacaq.

    Azərbaycan təbii qazının 2018-ci ildə Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.

   “Cənub Qaz Dəhlizi”nin ümumi dəyəri 41,5 milyard dollardır. “Cənub Qaz Dəhlizi” QSC tərəfindən  2014-2020-ci illər üzrə tələb olunan 11,5 milyard ABŞ dolları həcmində vəsaitdən 2018-ci ilin əvvəlinədək 8,6 milyard dollarlıq hissəsi, yəni 75 faizi investisiya edilib.

      Bu haqda daha ətraflı >>>