CƏNUB  QAZ  DƏHLİZİ

     “Cənub Qaz Dəhlizi” layihəsi Xəzərdən Avropaya təbii qazın nəql edilməsi üçün nəzərdə tutulan nəhəng  qaz boru kəməri layihəsidir. “Şahdəniz-2" layihəsi üzrə hasil edilən qazın sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur.

Layihə 4 hissədən  ibarətdir:

1.Şahdəniz Mərhələ-II

2. Cənubi Qafqaz Boru Kəməri (CQBK)

3.Trans-Anadolu Boru Kəməri (TANAP)

4. Trans-Adriatik Boru Kəməri (TAP) 

     Boru xəttinin uzunluğu 3500 km-dir. TANAP - 1850 km, TAP - 878 km, CQBK - 691 km.

   Cənub Qaz Dəhlizi  müxtəlif maraqlı tərəfləri – o cümlədən 7 hökuməti və 11 şirkəti özündə birləşdirən  mürəkkəb bir layihədir. İlkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. “Cənub Qaz Dəhlizi”nin nəqletmə gücü gələcəkdə  ildə 31 milyard kubmetrə qədər artırılacaq.

   29 may 2018-ci il tarixində  Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə “Şahdəniz-2” yatağından hasil olunan ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb.

   Azərbaycan təbii qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.

   “Cənub Qaz Dəhlizi”nin ümumi dəyəri 41,5 milyard dollardır. “Cənub Qaz Dəhlizi” layihəsinə indiyədək ümumilikdə 31 milyard dollardan çox vəsait xərclənib. “Cənub Qaz Dəhlizi” QSC tərəfindən  2014-2020-ci illər üzrə tələb olunan 11,5 milyard ABŞ dolları həcmində vəsaitin 9,1 milyard dollarlıq hissəsi, yəni  80 faizi investisiya edilib.

      Bu haqda daha ətraflı >>>