2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimi keçirilib. Bakıya dəvət olunmuş Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya, Bolqarıstan, Montoneqro və digər ölkələrin dövlət və hökumət rəhbərləri ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər və danışıqlar zamanı “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi məqsədilə bu dövlətlərin enerji nazirlərindən ibarət Məşvərət  Şurasının yaradılması təşəbbüsü irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə tapşırılıb.

     “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də keçirilib. İclasların yekununda “Birgə Bəyannamə”lər qəbul olunub.