Azərbaycan  Respublikası  Energetika Nazirliyinin

Maliyyə və təminat şöbəsinin

 

ƏSASNAMƏSİ

 

1. Ümumi  müddəalar

1.1 Bu Əsasnamə Azərbaycan Respublikasının Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) Maliyyə və təminat şöbəsinin (bundan sonra –Şöbə) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.2 Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyinin aparatında maliyyə-iqtisadi fəaliyyəti və mühasibat uçotunu təşkil edən, tarif və investisiya siyasətini həyata keçirir, əmək və əməyin ödənilməsi normalarına əməl olunması və əməkhaqlarının ödənilməsi işlərini təşkil və onlara nəzarət edir.

1.3 Şöbə  öz  fəaliyyətində  Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiyasının qərarlarını və Azərbaycan Respublikasının energetika nazirinin (bundan sonra – nazir) əmr və sərəncamlarını (bundan sonra – Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.

1.4 Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının şöbələri və sektorlarının (bundan sonra – Nazirliyin struktur bölmələri), tabeliyində olan qurumlar, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

                     

2. Şöbənin fəaliyyət istiqamətləri

2.0. Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.0.1. Nazirliyin əmlakının, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunu aparır;

2.0.2. Nazirliyin Milli Mühasibat Uçotunun Standartlarına əsasən uçot siyasətini təşkil edir;

2.0.3. Nazirliyin büdcəsinin  proqnozlarının yerinə yetirilməsini təmin edir;

2.0.4. qanunvericiliklə müəyyən edilmiş qaydada mühasibat uçotu hesabatlarında aktiv və öhdəliklər haqqında məlumatların dəqiqliyini təmin edir;

2.0.5. qanunvericiliklə müəyyən edilmiş qaydada inventarizasiyanın həyata keçirilməsini təmin edir;

2.0.6. Nazirliyin tabeliyində olan idarələrin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət edir;

2.0.7. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir;

 

3.Şöbənin vəzifələri

3.0. Şöbənin əsas  vəzifələri  aşağıdakılardır:

3.0.1 Nazirliyin aparatının  xərclər smetasının tərtib edilməsi və təsdiq edilməsi üçün Nazirə təqdim edir;

3.0.2 Nazirliyin aparatının əmlakının, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunu aparır;

3.0.3 növbəti büdcə ili üzrə Nazirliyin büdcəsinin layihəsini hazırlamaq;

3.0.4 Nazirliyin mühasibat uçotunun təşkili və aparılması, o cümlədən  maliyyə hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim etmək; 

3.0.5 Nazirliyin və tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyətini təhlil edilməsi, onların fəaliyyətinin  səmərəliliyinin artırılması barədə təklif  vermək;

3.0.6 Nazirliyin və tabeliyində olan qurumlara daxil olan maliyyə vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində düzgün əks  etdirilməsinə nəzarət etmək;

3.0.7 Nazirliyin aparatının işçilərinə əmək haqqının, mükafat, ezamiyyə və sair digər ödənişlərin və xərclərin hesablanmasının təmin edilməsi və qanunvericiliklə müəyyən edilmiş tutulmaların həyata keçirilməsi, Nazirliyin fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə pul vəsaitinin banklardan və digər kredit təşkilatlarından alınması və təyinatı üzrə xərclənməsi ilə əlaqədar zəruri tədbirləri görür;

3.0.8 satınalmaların qanunvericiliyin tələblərinə  uyğun həyata keçirilməsinin təmin etmək;

3.0.9 kassa qalığına dair yoxlamaların qanunvericiliklə müəyyən edilmiş müddətdə aparır;

3.0.10 bank əməliyyatlarında hesablara müxabirləşmə verilməsi, bank və xəzinə əməliyyatlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görür;

3.0.11 nazirliyin kassa əməliyyatlarını aparır;

3.0.12 mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot sənədlərinin məzmununun   məxfiliyini qoruyur;

3.0.13 müəyyən edilmiş qaydada Nazirliyin inventarizasiya aparılmasını, Nazirliyin balansında olan əmlakın qiymətləndirilməsini və yenidən qiymətləndirilməsini təşkil etmək;

3.0.14 Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar, mərkəzlərdə göstərilən xidmətlərə görə daxil olan vəsait və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edir;

3.0.15 müəyyən edilmiş ştat sayı və əməyin ödənilməsi fondu dairəsində Nazirliyin aparatının və tabeliyində olan qurumların ştat cədvəlinin layihəsinin hazırlamaq, digər maddələri üzrə təxsisatlarını və limitlərini planlaşdırır;

3.0.16 əsas vəsaitlərin, azqiymətli tez köhnələn əşyaların, qeyri-maddi aktivlərin mədaxili və hərəkətinin uçotunu aparır;

3.0.17 Nazirliyin işçilərinin müraciətləri əsasında onlara arayışlar verir;

3.0.18 Nazirin tapşırığı ilə hesabatlar, arayışlar və məlumat hazırlayır;

3.0.19 Şöbənin fəaliyyəti barədə Nazirə illik hesabatı təqdim edir;

3.0.20 Nazirliyin normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirir;

3.0.21 Nazir  tərəfindən  şöbəyə  tapşırılmış  digər  vəzifələri yerinə  yetirmək;

3.0.22 Nazirliyin inzibati binalarının yanğından mühafizəsi və həmin binalarda sanitar-gigiyenik normalara riayət olunması ilə bağlı tədbirlər görür;

3.0.23 fəaliyyət istiqamətləri üzrə Nazirliyin rəhbərliyinin keçirdiyi müşavirələrin, iclasların, görüşlərin və digər bu kimi tədbirlərin təşkili və texniki təminatı ilə bağlı tədbirlər görür;

3.0.24 fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.   

 

4. Şöbənin hüquqları

4.0 Şöbənin   öz  vəzifə  və  funksiyalarını  həyata  keçirmək  üçün  aşağıdakı hüquqları  vardır:

4.0.1 öz  vəzifə  və  funksiyalarının  yerinə  yetirilməsi  üçün  zəruri  olan  məlumatları (sənədləri) dövlət  və yerli özünüidarəetmə orqanlarından, fiziki və hüquqi şəxslərdən  almaq  üçün  sorğular vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.2 fəaliyyət istiqamətləri üzrə Nazirliyin struktur bölmələri tərəfindən hazırlanmış normativ-hüquqi aktların, Nazirliyin hüquqi aktlarının layihələrinə dair təkliflər vermək;

4.0.3 Nazirin tapşırığı ilə dövlət və beynəlxalq  proqramların həyata keçirilməsində iştirak etmək;

4.0.4 Nazirin tapşırığı ilə səlahiyyətləri çərçivəsində digər orqanlarda Nazirliyi  təmsil etmək;

4.0.5 fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları yerinə yetirmək.  

 

5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu və işçilərinin sayı Nazir tərəfindən müəyyən olunur. Şöbənin strukturuna Maliyyə və uçot sektoru və Təminat sektoru daxildir.

5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Şöbə müdirinin müavin(lər)i şöbə müdiri tərəfindən on(lar)a həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır(lar). Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini (müavinlərindən biri) və ya nazir tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.

5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edir.

5.5. Şöbə müdiri (baş mühasib):

5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

5.5.3. şöbə üzrə Nazirliyin Kollegiya İclasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirə  təqdim edir;

5.5.4. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;

5.5.5. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində nazirliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;

5.5.1. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.5.6. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.5.7. şöbəni təmsil edir.

5.5.8. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq  məsuliyyət daşıyırlar.

 

6. Maliyyə və uçot sektorunun vəzifələri

6.0.  Maliyyə və uçot sektorunun vəzifələri aşağıdakılardır:

6.0.1. Nazirliyin aparatının  xərclər smetasının tərtib edilməsi və təsdiq edilməsi üçün Nazirə təqdim etmək;

6.0.2. Nazirliyin aparatının əmlakının, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunu aparmaq;

6.0.3. növbəti büdcə ili üzrə Nazirliyin büdcəsinin layihəsini hazırlamaq;

6.0.4  Nazirliyin mühasibat uçotunun təşkili və aparılması, o cümlədən  maliyyə hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim etmək; 

6.0.5  Nazirliyin və tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyətini təhlil edilməsi, onların fəaliyyətinin  səmərəliliyinin artırılması barədə təklif  vermək;

6.0.6  Nazirliyin və tabeliyində olan qurumlara daxil olan maliyyə vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində düzgün əks  etdirilməsinə nəzarət etmək;

6.0.7  Nazirliyin aparatının işçilərinə əmək haqqının, mükafat, ezamiyyə və sair digər ödənişlərin və xərclərin hesablanmasının təmin edilməsi və qanunvericiliklə müəyyən edilmiş tutulmaların həyata keçirilməsi, Nazirliyin fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə pul vəsaitinin banklardan və digər kredit təşkilatlarından alınması və təyinatı üzrə xərclənməsi ilə əlaqədar zəruri tədbirləri görmək;

6.0.8 satınalmaların həyata keçirilməsinin təmin etmək;

6.0.9 kassa qalığına dair yoxlamaların qanunvericiliklə müəyyən edilmiş müddətdə aparmaq;

6.0.10 bank əməliyyatlarında hesablara müxabirləşmə verilməsi, bank və xəzinə əməliyyatlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək;

6.0.11 Nazirliyin kassa əməliyyatlarını aparmaq;

6.0.12 mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot sənədlərinin məzmununun   məxfiliyini qorumaq;

6.0.13 müəyyən edilmiş qaydada Nazirliyin inventarizasiya aparılmasını, Nazirliyin balansında olan əmlakın qiymətləndirilməsini və yenidən qiymətləndirilməsini təşkil etmək;

6.0.14 Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar, mərkəzlərdə göstərilən xidmətlərə görə daxil olan vəsait və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasının təmin etmək

6.0.15 müəyyən edilmiş ştat sayı və əməyin ödənilməsi fondu dairəsində Nazirliyin aparatının və tabeliyində olan qurumların ştat cədvəlinin layihəsinin hazırlamaq, digər maddələri üzrə təxsisatlarını və limitlərini planlaşdırmaq;

6.0.16 əsas vəsaitlərin, az qiymətli tez köhnələn əşyaların, qeyri-maddi aktivlərin mədaxili və hərəkətinin uçotunu aparmaq;

6.0.17 Nazirliyin işçilərinin müraciətləri əsasında onlara arayışlar vermək;

6.0.18 şöbənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxılması üçün qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

6.0.19 Nazirin tapşırığı ilə hesabatlar, arayışlar və məlumat hazırlamaq;

6.0.20 normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin yerinə yetirilməsində iştirak etmək.

 

7. Təminat sektorunun vəzifələri

7.0. Təminat sektorunun vəzifələri aşağıdakılardır:

7.0.1. Nazirliyin Aparatının struktur bölmələrinin səmərəli işləməsi üçün lazımı şəraitin yaradılmasını təmin edir, onların təsərrüfat-xidmət işlərini həyata keçirir;

7.0.2 Nazirliyin təsərrüfat sərbəstliyinin genişləndirilməsi üçün istehsalçılarla və tədavülçülərlə müqavilənin vaxtlı-vaxtında bağlanması, uzun və qısa müddətli təsərrüfat əlaqələrinin inkişafı üçün tədbirlər görür;

7.0.3 təsərrüfat avadanlıqlarının qorunması, onların bərpa olunması və artırılması, eləcədə xidmət sahələrini və onları əhatə edən ərazidə təmizliyə riayət edilməsini təmin edir;

7.0.4 təsərrüfat xidmətləri işinin yerinə yetirilməsini təşkil edir;

7.0.5 Nazirliyin yerləşdiyi ərazidə və binada sanitariya və yanğından mühafizənin norma və qaydalarına uyğun olaraq təsərrüfat xidmətlərini lazımı vəziyyətdə saxlanılmasını təmin edir;

7.0.6 Nazirliyin əsas fondlarının cari və əsaslı təmiri planının işlənib hazırlnmasında və təsərrüfat xərclərinin smetasının tərtibində iştirak edir və onlara nəzarət edir;

7.0.7 struktur bölmələrini təsərrüfat inventarı ilə təmin edir, onların mühafizəsi, təmir olunmasına nəzarətini vaxtında həyata keçirir;

7.0.8 xidmət üzrə müqavilələrin bağlanmasına lazım olan sənədləri rəsmiləşdirir, vacib təsərrüfat mallarının saxlanmasını təşkil edir, təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli istifadəsinə nəzarət edir;

7.0.9 Nazirlikdə təcrübə mübadiləsi ilə əlaqədar keçirilən iclas, konfrans, sərgi, eləcədə digər tədbirlərin inzibati xidmətini təşkil edir;

7.0.10 yanğından mühafizə tədbirlərinin yerinə yetirilməsinin və yanğından mühafizə avadanlıqlarının saz halda saxlanmasını təmin edir;

7.0.11 Nazirlyin anbarındakı mal-materialların və əsas vəsaitlərin səmərəli istifadəsini təmin edir;

7.0.12 Nazirlyin anbarındakıı malların təhvil-təslimini və daxili qaimələr əsasında paylanmasını təşkil edir;

7.0.13 Nazirlyin anbarına nəzarəti həyata keçirir.