Azərbaycan Respublikası Energetika Nazirliyinin

Neft-qaz siyasəti şöbəsi haqqında

 

ƏSASNAMƏ

 

1.  Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan  sonra - Nazirlik) Neft-qaz siyasəti  şöbəsinin (bundan  sonra – şöbə)    fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.2. Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində neft-qaz və neft-kimya sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsində iştirak edən Nazirliyin aparatının struktur bölməsidir.

1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiyasının qərarlarını və Azərbaycan Respublikasının energetika nazirinin (bundan sonra – nazir) əmr və sərəncamlarını (bundan sonra – Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.

1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin şöbələri və sektorları (bundan sonra – Nazirliyin struktur bölmələri) Nazirliyin tabeliyində olan qurumlarla, müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri, həmçinin mərkəzi və yerli icra orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyət istiqamətləri

2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahədə  dövlət  siyasətinin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görülməsində iştirak  edir;

2.0.2. müvafiq sahə üzrə enerji təhlükəsizliyi sahəsində  tədbirlərin hazırlanmasında və həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görülməsində iştirak edir;

2.0.3. müvafiq sahə üzrə resurslara qənaət və bu resurslardan effektiv istifadə sahəsində  tədbirlərin hazırlanmasında və həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlərin görülməsində iştirak edir;

2.0.4  ölkə əhalisinin və iqtisadiyyatının müvafiq sahənin resursları ilə etibarlı təchiz olunması üçün əsaslandırılmış, müvafiq sahədə hərtərəfli və      kompleks inkişaf  strategiyasının hazırlanmasında və  həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görülməsində iştirak edir;

2.0.5. müvafiq sahənin cari və perspektiv balanslarının, balanslar üzrə  yanacaq-enerji resurslarının ayrı-ayrı növlərinin istifadəsi üzrə   tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsində iştirak edir;

2.0.6  müvafiq sahənin inkişafının təmin edilməsi üçün təkliflər verir;

2.0.7. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3.  Şöbənin vəzifələri

3.0. Şöbə  bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. müvafiq sahənin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak edir;

3.0.2. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində Nazirliyə həvalə olunan hallarda və qaydada dövlətin maraqlarını təmsil edir;

3.0.3. Azərbaycan Respublikasının müvafiq sahədə enerji təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.4. müvafiq sahənin  ayrı-ayrı enerjidaşıyıcıların istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlayır, onları rəhbərliyə təqdim edir  və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak edir;

3.0.5. Azərbaycan Respublikasının Yanacaq-enerji balansının tərtib edilməsi məqsədilə təqdim olunmuş, müvafiq sahənin ayrı-ayrı enerjidaşıyıcılarının  müvafiq  göstəricilərini təhlil edərək Yanacaq-enerji balansının layihəsini tərtib edir və rəhbərliyə təqdim edir, həmçinin aidiyyəti şöbələrlə  birlikdə onun yerinə yetirilməsi üçün görülən  tədbirlərdə iştirak edir;

3.0.6. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada həyata keçirilmiş dövlət energetika ekspertizalarına münasibət bildirir;

3.0.7. müvafiq sahədə yerin təkinin geoloji öyrənilməsi və mineral-xammal bazasının inkişafı sahəsində dövlət proqramlarının hazırlanmasının təşkilində  və həyata keçirilməsində iştirak edir;

3.0.8. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri ilə birlikdə əhalinin və iqtisadiyyatın enerjidaşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün tədbirlərin görülməsində iştirak edir;

3.0.9. dövlət müəssisələri üzrə müvafiq sahənin enerjidaşıyıcılarının istehlak limitlərinin müəyyən olunmasında iştirak edir;

3.0.10. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün müvafiq sahənin enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarını təsdiq edilməsində iştirak edir;

3.0.11. müvafiq sahə üzrə resurslara qənaət və  bu resurslardan effektiv istifadə sahəsində tədbirlərin hazırlanması və həyata keçirilməsinin təmin edilməsində iştirak edir;

3.0.12. aidiyyəti şöbələrlə  birlikdə müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edir;

3.0.13. müvafiq sahənin təkmilləşdirilməsinə dair aidiyyəti şöbələrlə  birlikdə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.14. müvafiq sahənin rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.15. müvafiq sahənin enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edir;

3.0.16. müvafiq sahədə normativ və texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;

3.0.17. şöbənin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan əməkdaşları Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlərə baxır və müvafiq qərarlar qəbul edir;

3.0.18. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak edir;

3.0.19. müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində və bu sahədə görülən işlərin əlaqələndirilməsində iştirak edir;

3.0.20. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsində iştirak edir;

3.0.21. müvafiq sahənin inkişaf dinamikasını təhlil edir;

3.0.22. fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların  aparılmasında, analitik materialların hazırlanmasında iştirak edir;

3.0.23. şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

3.0.24. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

 

4.   Şöbənin hüquqları

4.0. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. müvafiq sahənin inkişaf dinamikasını təhlil etmək;

4.0.2. fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların  aparılmasında, analitik materialların hazırlanmasında iştirak etmək;

4.0.3. müvafiq sahə üzrə nazirliyin aidiyyəti struktur bölmələri və strukturuna daxil olan idarələrə sorğu vermək, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək üçün  onlardan belə məlumatları (sənədləri) almaq üçün təkliflər vermək;

4.0.4.  rəhbərliyin tapşırığına əsasən müvafiq sahə üzrə beynəlxalq konfrans, seminar, sərgi və digər tədbirlərdə iştirak etmək, həmin sahə üzrə yerli və beynəlxalq tədbirlərin təşkilinin təmin edilməsində iştirak etmək;

4.0.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

 

5.   Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin strukturuna Neft siyasəti sektoru, Qaz siyasəti sektoru və Neft-kimya sektoru daxildir.

5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini (şöbə müdirinin müavini-sektor müdiri) vardır. Şöbə müdirinin müavini-sektor müdiri şöbə müdiri tərəfindən on(lar)a həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini-sektor müdiri və ya nazir tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.

5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.5. Şöbə müdiri:

5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra intizamına riayət etmələrinə nəzarət edir;

5.5.3. şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.5.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən hüquqi aktların vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

5.5.5. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;

5.5.6. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

5.5.7. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.5.8. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.5.9. şöbəni təmsil edir;

5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə  müvafiq olaraq  məsuliyyət daşıyırlar.

  

6.   Neft siyasəti sektorunun vəzifələri

6.1. Neft siyasəti sektorunun vəzifələri aşağıdakılardır:

6.1.1. neft sahəsinn perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak edir;

6.1.2. neft sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində şöbəyə həvalə olunan hallarda və qaydada dövlətin maraqlarını təmsil edir;

6.1.3. Azərbaycan Respublikasının neft sahəsində enerji təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

6.1.4. neft sahəsində ayrı-ayrı enerjidaşıyıcıların istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlayır, onları rəhbərliyə təqdim edir  və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak edir;

6.1.5. Azərbaycan Respublikasının Yanacaq-enerji balansının tərtib edilməsi məqsədilə təqdim olunmuş, neft sahəsində ayrı-ayrı enerjidaşıyıcılarının  müvafiq  göstəricilərini təhlil edərək Yanacaq-enerji balansının layihəsini tərtib edir və rəhbərliyə təqdim edir, həmçinin aidiyyəti şöbələrlə  birlikdə onun yerinə yetirilməsi üçün görülən  tədbirlərdə iştirak edir;

6.1.6. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada neft sahəsində həyata keçirilmiş dövlət energetika ekspertizalarına münasibət bildirir;

6.1.7. neft sahəsində yerin təkinin geoloji öyrənilməsi və mineral-xammal bazasının inkişafı sahəsində dövlət proqramlarının hazırlanmasının təşkilində  və həyata keçirilməsində iştirak edir;

6.1.8. neft sahəsində fəaliyyət göstərən dövlət müəssisələri ilə birlikdə əhalinin və iqtisadiyyatın enerjidaşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün tədbirlərin görülməsində iştirak edir;

6.1.9. dövlət müəssisələri üzrə neft sahəsində enerjidaşıyıcılarının istehlak limitlərinin müəyyən olunmasında iştirak edir;

6.1.10. neft sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün müvafiq sahənin enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarını təsdiq edilməsində iştirak edir;

6.1.11. neft sahəsi üzrə resurslara qənaət və  bu resurslardan effektiv istifadə sahəsində tədbirlərin hazırlanması və həyata keçirilməsinin təmin edilməsində iştirak edir;

6.1.12. aidiyyəti şöbələrlə  birlikdə neft sahəsində fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edir;

6.1.13. neft sahəsinin təkmilləşdirilməsinə dair aidiyyəti şöbələrlə  birlikdə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

6.1.14. neft sahəsində rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

6.1.15. neft sahəsinin istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edir;

6.1.16. neft sahəsində normativ və texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;

6.1.17. neft sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak edir;

6.1.18. neft sahəsində əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində və bu sahədə görülən işlərin əlaqələndirilməsində iştirak edir;

6.1.19. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsində iştirak edir;

6.1.20. neft sahəsinin inkişaf dinamikasını təhlil edir;

6.1.21. fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların  aparılmasında, analitik materialların hazırlanmasında iştirak edir;

6.1.22. fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair təkliflər hazırlayır;

6.1.23. Azərbaycan və dünyanın neft sahəsində  baş verən dəyişikliklərin təhlilini və icmalını aparır;

6.1.24. Azərbaycan neft sahəsi üzrə rüblük və illik məlumatları toplayır və bu məlumatların təhlilini aparır;

6.1.25. neft sahəsi üzrə qəbul edilmiş dövlət proqramları, tədbirlər planları və digər sənədlərin yerinə yetirilməsinin icrası üzrə məlumatları toplayır və nəticələrinə dair icmallar hazırlayır;

6.1.26. neft sahəsi üzrə ümumi arayışlar hazırlayır;

6.1.27. Şöbənin fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında sektorun fəaliyyət istiqamətləri üzrə iştirak edir;

6.1.28. dünyada neft sahəsindəki baş verən prosesləri fəaliyyət istiqamətləri üzrə təhlil edir və həmin proseslərin ölkənin neft sahəsinə təsirini analiz edir;

6.1.29. fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər verir;

6.1.30. Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görülməsində iştirak edir;

6.1.31. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir;

 

7.    Qaz siyasəti sektorunun vəzifələri

7.1. Qaz siyasəti sektorunun vəzifələri aşağıdakılardır:

7.1.2. qaz sahəsinin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak edir;

7.1.3.  qaz sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində şöbəyə həvalə olunan hallarda və qaydada dövlətin maraqlarını təmsil edir;

7.1.4.  Azərbaycan Respublikasının qaz  sahəsi üzrə enerji təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

7.1.5.  qazın  istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlayır, onları rəhbərliyə təqdim edir  və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak edir;

7.1.6.  Azərbaycan Respublikasının Yanacaq-enerji balansının tərtib edilməsi məqsədilə təqdim olunmuş,  təbii qazın  müvafiq  göstəricilərini təhlil edərək Yanacaq-enerji balansının layihəsinin tərtib edilməsində iştirak edir və şöbənin rəhbərliyinə təqdim edir, həmçinin aidiyyəti şöbələrlə  birlikdə onun yerinə yetirilməsi üçün görülən  tədbirlərdə iştirak edir;

7.1.7.  “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada qaz sahəsində həyata keçirilmiş dövlət energetika ekspertizalarına münasibət bildirir;

7.1.8.  qaz sahəsində yerin təkinin geoloji öyrənilməsi və mineral-xammal bazasının inkişafı sahəsində dövlət proqramlarının hazırlanmasının təşkilində  və həyata keçirilməsində iştirak edir;

7.1.9.  qaz sahəsində fəaliyyət göstərən dövlət müəssisələri ilə birlikdə əhalinin və iqtisadiyyatın enerjidaşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün tədbirlərin görülməsində iştirak edir;

7.1.10.  dövlət müəssisələri üzrə qazın istehlak limitlərinin müəyyən olunmasında iştirak edir;

7.1.11.  qaz sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün qaz məhsullarının istifadəsi, itkisi və texnoloji sərfi normalarını təsdiq edilməsində iştirak edir;

7.1.12.  qaz  resurslarına qənaət və  bu resurslardan effektiv istifadə sahəsində tədbirlərin hazırlanması və həyata keçirilməsinin təmin edilməsində iştirak edir;

7.1.13.  aidiyyəti şöbələrlə  birlikdə qaz sahəsində fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edir;

7.1.14.  qaz sahəsinin təkmilləşdirilməsinə dair aidiyyəti şöbələrlə  birlikdə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

7.1.15.  qaz sahəsində rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

7.1.16.  qaz sahəsinin enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edir;

7.1.17.  qaz sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;

7.1.18.  qaz sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak edir;

7.1.19.  qaz sahəsində əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində və bu sahədə görülən işlərin əlaqələndirilməsində iştirak edir;

7.1.20.  qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, qaz sahəsində elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsində iştirak edir;

7.1.21.  qaz sahəsinin inkişaf dinamikasını təhlil edir;

7.1.22.  fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr,  analitik materialların hazırlanmasında iştirak edir;

7.1.23. fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair təkliflər hazırlayır;

7.1.24.  Azərbaycan və dünyanın qaz sahəsində  baş verən dəyişikliklərin təhlilini və icmalını aparır;

7.1.25.  Azərbaycan qaz sahəsi üzrə rüblük və illik məlumatları toplayır və bu məlumatların təhlilini aparır;

7.1.26.  qaz sahəsi üzrə qəbul edilmiş dövlət proqramları, tədbirlər planları və digər sənədlərin yerinə yetirilməsinin icrası üzrə məlumatları toplayır və nəticələrinə dair icmallar hazırlayır;

7.1.27.  qaz sahəsi üzrə ümumi arayışlar hazırlayır;

7.1.28.  Nazirliyin fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında şöbənin fəaliyyət istiqamətləri üzrə iştirak edir;

7.1.29.  dünyada qaz sahəsindəki baş verən prosesləri fəaliyyət istiqamətləri üzrə təhlil edir və həmin proseslərin ölkənin qaz sahəsinə təsirini qiymətləndirir;

7.1.30.  fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər verir;

7.1.31.  sektorun fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

7.1.32.  fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

8.   Neft-kimya sektorunun vəzifələri

8.1. Neft-kimya sektorunun vəzifələri aşağıdakılardır:

8.1.1. neft-kimya sahəsinin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak edir;

8.1.2. neft-kimya sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində şöbəyə həvalə olunan hallarda və qaydada dövlətin maraqlarını təmsil edir;

8.1.3. Azərbaycan Respublikasının neft-kimya  sahəsi üzrə enerji təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

8.1.4. neft-kimya məhsullarının istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlayır, onları rəhbərliyə təqdim edir  və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak edir;

8.1.5. Azərbaycan Respublikasının Yanacaq-enerji balansının tərtib edilməsi məqsədilə təqdim olunmuş,  neft-kimya məhsulların müvafiq  göstəricilərini təhlil edərək Yanacaq-enerji balansının layihəsinin tərtib edilməsində iştirak edir və şöbənin rəhbərliyinə təqdim edir, həmçinin aidiyyəti şöbələrlə  birlikdə onun yerinə yetirilməsi üçün görülən  tədbirlərdə iştirak edir;

8.1.6. neft-kimya fəaliyyət göstərən dövlət müəssisələri ilə birlikdə əhalinin və iqtisadiyyatın enerjidaşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün tədbirlərin görülməsində iştirak edir;

8.1.7. aidiyyəti şöbələrlə  birlikdə neft-kimya sahəsində fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edir;

8.1.8. neft-kimya sahəsinin təkmilləşdirilməsinə dair aidiyyəti şöbələrlə  birlikdə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

8.1.9. neft-kimya sahəsində rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

8.1.10. neft-kimya sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;

8.1.11. neft-kimya sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak edir;

8.1.12. neft-kimya sahəsində əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində və bu sahədə görülən işlərin əlaqələndirilməsində iştirak edir;

8.1.13. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, neft-kimya sahəsində elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsində iştirak edir;

8.1.14. neft-kimya sahəsinin inkişaf dinamikasını təhlil edir;

8.1.15. fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr,  analitik materialların hazırlanmasında iştirak edir;

8.1.16. fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair təkliflər hazırlayır;

8.1.17. Azərbaycan və dünyanın neft və qazın emalı sahəsində  baş verən dəyişikliklərin təhlilini və icmalını aparır;

8.1.18. neft-kimya sahəsi üzrə rüblük və illik məlumatları toplayır və bu məlumatların təhlilini aparır;

8.1.19. neft-kimya sahəsi üzrə qəbul edilmiş dövlət proqramları, tədbirlər planları və digər sənədlərin yerinə yetirilməsinin icrası üzrə məlumatları toplayır və nəticələrinə dair icmallar hazırlayır;

8.1.20. neft-kimya sahəsi üzrə ümumi arayışlar hazırlayır;

8.1.21. Nazirliyin fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında şöbənin fəaliyyət istiqamətləri üzrə iştirak edir;

8.1.22. dünyada neft-kimya sahəsindəki baş verən prosesləri fəaliyyət istiqamətləri üzrə təhlil edir və həmin proseslərin ölkənin bu sahəsinə təsirini qiymətləndirir;

8.1.23. fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər verir;

8.1.24. sektorun fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

8.1.25. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.